Dünyanın ən yaxşı gənc futbolçuları (SİYAHI)

Dünyanın ən yaxşı gənc futbolçuları (SİYAHI)

23-03-2022 11:27 / Bu xəbər 9954 dəfə oxundu

Dünyaca məşhur "Goal.com" saytı dünyanın ən yaxşı gənc futbolçularının siyahısını hazırlayıb.

Qaynarinfo xəbər verir ki, 2003-cü il yanvarın 1-dən sonra doğulmuş futbolçular ilk "50-liy"ə daxil edilib.

İlk "10-luq"da olan sıralamanı təqdim edirik:

1. Cud Bellingem ("Borussiya" Dortmund, Almaniya)

2. Florian Virts ("Bayer", Almaniya)

3. Qavi ("Barselona", İspaniya)

4. Camal Musiala ("Bavariya", Almaniya)

5. Harvi Elliot ("Liverpul", İngiltərə)

6. Rayan Şerki ("Lion", Fransa)

7. Devayn Rensx ("Ayaks", Niderland)

8. Yussufa Mukoko ("Borussiya" Dortmund)

9. Benyamin Şeşko ("Zaltsburq", Avstriya)

10. Rikardo Pepi ("Auqsburq", Almaniya)