Dövlət Departamenti Bəxtiyar Hacıyevə qarşı son hücumu pisləyib

Dövlət Departamenti Bəxtiyar Hacıyevə qarşı son hücumu pisləyib

30-04-2022 12:58 / Bu xəbər 6826 dəfə oxundu

"Azərbaycanda konstitusion hüquqlarını həyata keçirən vətəndaşlara qarşı zorakılıq, hücumlar və digər təzyiq formalarından dərin narahatıq”.

ABŞ Dövlət Departamentinin sözçüsü azərbaycanlı fəal Bəxtiyar Hacıyeva edilən hücumla bağlı "Turan"a şərh edərkən belə deyib.

"Biz höküməti bütün bu kimi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq", - sözçü bildirib.

"Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqları qətiyyətlə müdafiə edir. Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən öz fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, - sözçü əlavə edib.

Aprelin 21-də Hacıyev bildirib ki, o, oğurlanıb, işgəncələrə məruz qalıb, videoya çəkilib.

Azərbaycanın daxili işlər naziri ilə bağlı "Facebook"da yazdığı yazıları silməyə məcbur edilib. 

Sonra gözü bağlı halda şəhərdən kənarında buraxılıb.