Dövlət Depatamenti: Azərbaycanda insan hüquqlarını pozan rəsmilər cəzalandırılmır

Dövlət Depatamenti: Azərbaycanda insan hüquqlarını pozan rəsmilər cəzalandırılmır

31-03-2021 12:07 / Bu xəbər 1617 dəfə oxundu

Dövlət Depatamenti martın 30-da Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair geniş hesabat dərc edib. 

Qurumun rəsmi saytında yerləşdirilən hesabatda Azərbaycanda avtoritar idarəçilin mövcudluğu, siyasi rəqiblərə, müxalif fəallara qarşı təqiblərin aparıldığı, fərdi hüquqların pozulduğu, o cümlədən II Qarabağ müharibəsi zamanı hərbi zorakılıqların törədildiyi vurğulanıb. 

Ölkədə əsas insan hüquqları problemlərinə misal kimi bunlar göstərilib: qanunsuz və ya özbaşına qətl; işgəncə; özbaşına saxlama; sərt və bəzən həyati təhlükə yaradan həbsxana şərtləri; siyasi məhbuslar; özəl həyata özbaşına müdaxilə; ölkə xaricində olan fərdlərə qarşı siyasi motivli təzyiqlər; ədliyyə sistemində yayğın problemlər; özünüifadə, mətbuat, internet azadlıqlarına güclü müdaxilə, həmçinin jurnalistlərə qarşı zorakılıq; jurnalistlərin şübhəli ittihalamlarla təqiblərə məruz qalması və məhkum edilməsi; vebsaytların bloklanması; siyasi iştirakçılığa qarşı sərt məhdudiyyətlər və s.

Hesabatda ölkədə seçkilərin şəffaf keçirilmədiyi bildirilib, həmçinin seksual oriyentasiyalarına görə fərdlərin polis qəddarlığına məruz qaldığı, sistemli dövlət korrupsiyasının, uşaq əməyinin ən pis formalarının mövcud olduğu qeyd edilib. 

"Dağlıq Qarabağdakı silahlı münaqişədə qanunsuz qətllər, mülki itkilər və qeyri-insani rəftar kimi əsaslı insan hüquqları pozuntuları baş verib", - deyə Dövlət Departamenti bildirib. 

Hesabatı hazırlayanlar onu da vurğulayıblar ki, Azərbaycanda dövlət insan hüquqları pozuntularına yol verən rəsmilərin əksəriyyətini təqsirləndirməyib və ya cəzalandırmayıb: "Cəzasızlıq problem olaraq qalıb".