Dövlət katibi Reks Tillerson istefaya göndərildi

Dövlət katibi Reks Tillerson istefaya göndərildi

13-03-2018 19:20 / Bu xəbər 852 dəfə oxundu

Prezident Donald Tramp ''Pompeo yeni işinin öhdəsindən fantastik gələcək'' deyib

ABŞ prezidenti Donald Tramp martın 13-də dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib.

Məlumatı "The Washington Post” qəzeti yayıb.

Qəzet yazır ki, Reks Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo əvəz edəcək.

Prezident Donald Tramp "Pompeo yeni işinin öhdəsindən fantastik gələcək" deyib.

O, Reks Tillersona işinə görə təşəkkür edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Cina Xespel olacaq. O, kəşfiyyat qurumuna rəhbərlik edəncək ilk qadındır.

Qəzet Trampın martın 9-da Reks Tillersondan istefa verməsini xahiş etdiyini yazıb.

Reks Tillerson 2006-2017-ci illərdə "ExxonMobil" şirkətinin Direktorlar Şurasına rəhbərlik edib.

O, 2017-ci ilin fevralın 1-dən dövlət katibi idi.