Dövlət qurumlarında informasiya açıqlığı ilə bağlı onlayn konfrans keçirilib

Dövlət qurumlarında informasiya açıqlığı ilə bağlı onlayn konfrans keçirilib

22-01-2021 22:35 / Bu xəbər 564 dəfə oxundu

Yanvarın 22-də Regional Əməkdaşlıq üçün Qaradəniz Təşkilatı-Marşall Fondunun dəstəyi ilə "Dövlət qurumlarında informasiya açıqlığı və informasiya əldə etmənin vəziyyətinə dair” onlayın konfrans keçirilib. 

Onlayn konfransda müxtəlif dövlət qrumları rəsmiləri və ictimaiyyət nümayəndələr vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və mütəxəssislər iştirak edib. 

Tədbirdə, dövlət qurumlarının informasiya resurslarının monitorinqinin nəticələri açıqlanıb və informasiya əldə etmək hüququnun təminatının ölçülməsi məqsədi ilə informasiya sorğularına verilən reaksiyalar təqdim olunub. 

Açılış nitqini layihə rəhbəri Ələsgər Məmmədli edib. 

O, layihənin bir ilə yaxın müddətdə hansı istiqamətlərdə fəaliyyət göstərməsindən danışıb. 

Daha sonra sözü qrumların monitorinqindən məsul Nəsimi Məmmədliyə verib. 

Nəsimi Məmmədli monitorinq olunan ümumilikdə 81-i mərkəzi hakimiyyət qurumları olmaqla toplam 170-dən artıq dövlət qrumunun informasiya təminatının statistik göstəricilərini və proseslə bağlı tövsiyələrini  bölüşüb. 

İnformasiya əldə etmənin ölçülməsi baxımından dövlət qrumlarına göndərilən sorğular və onların nəticələrini, habelə məhkəmə reaksiyaların hüquqşünas Şəhla Hümbətova təqdim edib. O həmçinin prosesin gedişinə təsir edən süni maneələrdən də danışıb. 

Hesabatın təqdimatından sonra görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri, habelə digər iştirakçılar  geniş müzakirə aparıblar. 

Tədbirdə prof. Qulu Məhərrəmli, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı,  Auditorlar Palatasının təmsilçisi Fəqan Carayev, Demokratiyanı Öyrənmə İB-nin rəhbəri Mirəli Hüseynov, iqtisadçı Samir Əliyev, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, vətəndaş cəmiyyətinin tanınmış simaları İlham İsmayıl, İlqar Hüseyinli və digərləri  mövzu ətrafında təkliflərlə çıxış ediblər.

Yekunda tövsiyələr səsləndirilib.