Dövlət qurumu 240 minə ofis icarəyə götürür - Ofisin sahibi kimdir?

Dövlət qurumu 240 minə ofis icarəyə götürür - Ofisin sahibi kimdir?

27-11-2022 19:37 / Bu xəbər 791 dəfə oxundu

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
 
Xəbəri "Yeniavaz.com" yayıb.

Bildirilir ki, DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib.

Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. 

DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. 

DSMF icarə haqqı olaraq Hüseynova Almaz Hacı qızına 240 min 702 manat (ayda 26 min 744 manat) ödəyəcək.