Dövlətə xəyanətdə günahlandılılan şəxs həbs edilib

Dövlətə xəyanətdə günahlandılılan şəxs həbs edilib

02-10-2021 14:04 / Bu xəbər 1954 dəfə oxundu

Dövlətə xəyanətdə təqsirləndirilən Azərbaycan vətəndaşı  həbs edilib. 

Bu barədə oktyabrın 2-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  məlumat yayıb.

Bildirilir ki, 51 yaşlı Aydın Zəkiyevin ölkənin suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı fəaliyyət aparmaqda kömək göstərməsinə əsaslı şübhələr yaranıb.

İddiaya görə, həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla əməllərinin qarşısı alınıb.

Məlumatda qeyd olunur ki, o, məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları onlara verib: "Ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib”

Aydın Zəkiyev Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs edilib.

Azadlıq Radiosu Aydın Zəkiyev və onun yaxınlarının münasibətini öyrənə biməyib. 

Onların ittihama münasibəti bəlli deyil.