"Əbədiyyət yolçuları" beynəlxalq kitab sərgisində - VİDEO

10-10-2021 00:26 / Bu xəbər 1159 dəfə oxundu

Oktyabrın 9-da şair  Bakı EKSPO Mərkəzində şair-publisist Xalid Mahmudun "Əbədiyyət yolçuları" kitabının imza günü keçirilib.

Kitab "Mətanət A" şirkətinin dəstəyi ilə yenidən çap olunub.

Bununla yanaşı, Lerik ziyalılarından bəhs edən "Hər ömürdən sətirlər" II hissəli kitabı və "Lerikdən üzü sözə" almanaxı da tədbirdə təqdim olunub.

Xalid Mahmud bildirib ki,  "Əbədiyyət yolçuları" kitabı Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən 220-dən çox şəhid və itkin düşən şəxsdən bəhs edir. 
 
Kitabın ikinci nəşri Lerik rayonunun Çayrud kəndində anadan olan, hazırda Hollandiyada yaşayan 1-ci Qarabağ Müharibəsi qazisi Elxan Əlibəylinin həyat yoldaşı Vəsilə Əfladdun qızı Almasovanın maliyyə dəstəyi ilə çap olunub. 

Xalid Mahmud uzun illərdir ki, bədii və publisistik yaradıcılıqla məşğuldur.