“Əbədiyyət yolçuları”nın növbəti imza günü

“Əbədiyyət yolçuları”nın növbəti imza günü

31-10-2021 01:29 / Bu xəbər 1960 dəfə oxundu

Bu gün gənc iqtisadçı alim Firdovsi Şahbazovun təşəbbüsü ilə şair-publisist Xalid Mahmudun Lerik şəhidlərinə həsr etdiyi "Əbədiyyət yolçuları” kitabının imza günü keçirilib.

Tədbirdə Lerikin tanınmış ziyalıları – Ağacəfər Həsənli, Hikmət Ağayev, Vaqif Qəribov, Balayar Sadiq, Təyyar Yəhyayev, Əfsun Sucayev, Akif Dənziyev, Mübariz Qəhrəmanlı, Firdovsi Şahbazov, Elçin Feyziyev və digərləri çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.

Kitabda Birinci və İkinci Qarabağ müharibələrində iştirak edərək şəhidlik zirvəsinə ucalmış 220 lerikli haqqında məlumat verilib.

Kitab "Mətanət A” şirkətinin maliyyə dəstəyi ilə yenidən nəşr olunub. 

Bundan əvvəl isə kitab 1-ci Qarabağ qazisi Elxan Əlibəylinin həyat yoldaşı, hazırda Niderland Krallığında yaşayan Vəsilə Əfladdun qızı Almasovanın maddi dəstəyi ilə çap edilib.