“Ebola” üçün 1 milyard dollar istədilər
17-01-2014 11:40 / Bu xəbər 764 dəfə oxundu
BMT-nin baş katibi Pan Gi Mun təşkilat üzvlərini “Ebola” virusu ilə mübarizə üçün bir milyard ABŞ dolları ayırmağa çağırıb. Baş katib bildirib ki, “Ebola” aktual qlobal problemdir və geniş miqyaslı, təcili reaksiya tələb edir:
“Bizə daha çox həkim, tibb bacıları, avadanlıq, müalicə mərkəzləri və xəstələrin evakuasiya vasitələri tələb olunur. Mən beynəlxalq ictimaiyyəti 1 milyard ABŞ dolları ayırmağa çağırıram. Bu, bizə hədəfimizə çatmaq üçün kömək olacaq. 1 dekabr tarixinə qədər virusun yayılma sürətini azalda bilərik”.(APA)
Arqument.az












