Çeçenistanda Putinin adını daşıyan universitetə PUA hücumu olub
29-10-2024 16:59 / Bu xəbər 527 dəfə oxundu
Kadırov hücumla bağlı araşdırmaların aparıldığını deyir
Oktyabrın 29-da səhər saatlarında Qudermesdə Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin ərazisindəki binaya "havadan pilotsuz təyyarə hücumu” olduğu deyilir.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram” kanalında paylaşım edib.
Amma Ramzan Kadırov hücumun haradan oldunduğunu qeyd etməyib.
Onun sözlərinə görə, hücum nəticəsində universitetin ərazisindəki "boş binanın” dam örtüyü yanıb.
Ramzan Kadırov itki olmadığını və yanğının söndürüldüyünü deyib.
O bildirib ki, istintaq orqanları hadisə ilə bağlı araşdırma aparır və iştirakçıların şəxsiyyətini müəyyənləşdirir.
Qudermesdəki Rusiya Xüsusi Qüvvələri Universiteti Vladimir Putinin adını daşıyır.
Universitet 2013-cü ilin avqustunda Ramzan Kadırovun təşəbbüsü ilə yaradılıb.