Ədalətli məhkəmə tələbi ilə aksiya keçirildi

Ədalətli məhkəmə tələbi ilə aksiya keçirildi

01-07-2022 19:01 / Bu xəbər 787 dəfə oxundu

İyulun 1-də  "Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı Məhkəmə-Hüquq Şurasının qarşısında aksiya keçirib. 

Açıq və ədalətli məhkəmə tələbilə keçirilən aksiyada "Tərtər işi”ndə saxlanılanların və qətlə yetirilənlərin, "Gəncə işi”ndə saxlanılanların yaxınları da iştirak ediblər. 

İştirakçılar məhkəmələrə buraxılmadıqlarını və məhkəmələrin ədalətsiz keçirildiyini iddia ediblər.

Polis askiyaya müdaxilə etməyib. 

Təşkilatın idarə heyətinin üzvü aksiyanın bəyanatın oxuyandan sonra ərazidən uzaqlaşıblar.