Edi Rama hər iki tərəfi atəşkəs rejiminə qayıtmağa çağırır

Edi Rama hər iki tərəfi atəşkəs rejiminə qayıtmağa çağırır

15-07-2020 11:50 / Bu xəbər 1250 dəfə oxundu

"Ermənistan - Azərbaycan sərhəddində müşahidə etdiyimiz zorakılığın artmasından dərindən narahatam və irəlidə adamların həlak olacağını görməzdən öncə dərhal atəşkəsə qayıtmağa çağırıram”,- ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın baş naziri Edi Rama deyib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi səfir Andjey Kasprşik tərəflərlə sıx əlaqə saxlayır və sabitliyi qaytarmağa etməyə çalışır.

2019-cu ilin martında Minsk Qrupu həmsədrlərinin himayəsi altında Vyanada keçirilən görüşdə Ermənistan və Azərbaycan liderləri tərəfindən birbaşa rabitə kanalları yaradılıb. Rama ümidvar olduğunu bildirib ki, belə mexanizmlərdən bu cür vəziyyətdə istifadə oluna bilər.

Rama hər iki tərəfdən həlak olanların ailələrinə və dostlarına başsağlığı verib. "Biz hamımız münaqişənin insanlara təsirini azaltmaq və mahiyyəti üzrə danışıqları mümkün qədər tez bərpa etmək üçün əlimizdən gələni etməliyik”, - Rama deyib və Minsk prosesinə öz dəstəyini ifadə edib.

turan.az