Əfqan Muxtarlı Gürcüstana buraxılmayıb
09-10-2020 17:24 / Bu xəbər 950 dəfə oxundu
"Əvvəl ona sənədlərinin düz olmadığını desələr də, israrından sonra təyyarəyə buraxıblar"
Oktyabrın 9-da Almaniyada mühacir həyatı yaşayan araşdırmaçı jurnalist Əfqan Muxtarlını Gürcüstana buraxmayıblar.
Bu barədə Əfqan Muxtarlı özü Meydan TV-yə danışıb.
Əfqan Muxtarlı bildirib ki, əvvəl ona sənədlərinin düz olmadığını desələr də, israrından sonra təyyarəyə buraxıblar:
"Amma təyyarəyə girəndə dedilər ki, biletin ləğv olunub. Etiraz edəndə, polis çağırdılar. Təyyarədə olan bir gürcü mənə dəstək verdi ki, o, tanınmış jurnalistdir və Almaniya hökuməti onu özü dəvət edib ölkəsinə, jurnalistə qarşı aqressiv olmayın. Onun etirazından sonra münasibət dəyişdi, amma bununla belə buraxmadılar”.
Jurnalist Əfqan Muxtarlı 2017-ci ildə Tbilisidə oğurlanaraq Azərbaycana gətirilib və üç illik həbsdən sonra azad edilərək məhkəmə zalından birbaşa Berlinə göndərilib.
O, bu ilin martın 17-də azadlığa buraxılıb.
Əfqan Muxtarlı sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və polisə müqavimət göstərməkdə təqsirləndirilirdi.












