Əfv Komissiyası 1000-dək müraciətə baxıb
15-05-2018 18:22 / Bu xəbər 2129 dəfə oxundu
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Komissiyanın indiyədək keçirilən iclaslarında 1000-dək müraciətə baxılıb.
Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.