Əfv Komissiyası yenidən toplanıb

Əfv Komissiyası yenidən toplanıb

28-02-2019 17:34 / Bu xəbər 1461 dəfə oxundu

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

"Report” xəbər verir ki, iclasda daxil olan müraciətlərin daha bir qisminə baxılıb.

Bildirilib ki, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. 

Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.