Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
15-04-2024 12:08 / Bu xəbər 642 dəfə oxundu
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
APA xəbər verir ki, komissiyanın növbəti iclası aprelin 17-nə təyin edilib.
Komissiyanın iclasları 28 May – Respublika Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Əfv Məsələləri Komissiyasının ilk iclasında 100-dən çox müraciətə baxılıb.