"Əhali Xankəndinə qaçır" - Erməni mətbuatı
02-04-2016 15:12 / Bu xəbər 2609 dəfə oxundu
Ermənilər cəbhə xəttinə yaxın kəndlərdən qaçmağa başladılar. Anspress-in məlumatına görə, bu barədə elə erməni mətbuatı özü yazıb. "EAdaily"nin yazdığına görə, atışma əsasən Talış-Tərtər istiqamətindədir.
Ermənilərin Mardakert adlandırdıqları Ağdərə sakinlərinin sözlərinə görə, insanlar şəhəri kütləvi sürətdə tərk edirlər. Onlar Xankəndi istiqamətində qaçırlar. "Daha çox insan bizim məntəqəyə - Maqavuzə toplaşıb", deyə Xankəndindən telefonla xəbər verən mənbə bildirib.












