Əhmədzadənin yerinə təyinat

Əhmədzadənin yerinə təyinat

05-04-2021 13:19 / Bu xəbər 929 dəfə oxundu

Yeni sədr Paşayevlərə məxsus şirkətlərdən birinin rəhbəri idi

Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev aprelin 6-da sərəncam imzalayıb.

Zaur Mikayılov "Agro Supply” MMC-nin təmsilçisidir. Şirkət aqrar sektorla bağlıdır. 2017-ci ildə qeydə alınan "Agro Supply” MMC "PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.

"Pravda.az” saytının yazdığına görə, martın 15-də Zaur Mikayılov "PAŞA Holdinq” MMC-yə məxsus "Azərbaycan Supermarket” MMC-nin direktoru vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin aprelin 2-də imzaladığı sərəncamla Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çıxarılıb.