Ekspert: "Koronavirusa görə Azərbaycan təhsili böyük itki yaşadı"

Ekspert:

28-06-2021 15:57 / Bu xəbər 1759 dəfə oxundu

"Yeni tədris ilindən təhsilin ənəvi formada bərpası vacibdir"

"Yeni növ koronavirus infeksiyasına görə Azərbaycan təhsili böyük itki yaşadı. Mənfi nəticələrini 2025-ci ildə əmək bazarında görəcəyik”.

Bunu təshil eksperti Kamran Əsədov Meydan TV-yə açıqlamasında deyib.

Əlavə edib ki, 2020-ci ilin martından etibarən təhsildə yaşanan boşluğu uzadılmış günlər - əlavə dərslər və xüsusi fakültativ məşğələlərlə aradan qaldırmaq lazımdır: "Bu müddət ərzində təhsil alanlar texniki və təbiət fənlərinin mənimsənilməsini itkilərlə yaşadılar. Digər tərəfdən şagir və tələbələrdə uzun müddət hərəkətsizlikdən inkişafdan geri qalma, onurğa sütunu əyriliyi, kompüter, planşet, telefona baxmaqdan görmə problemi yarandı. Ona görə də hesab edirəm ki, yeni tədris ilindən təhsilin ənəvi formada bərpası vacibdir”.

Kamran Əsədov

Azərbaycanda məktəblər pandemiya ilə əlaqədar olaraq 2020-ci il martın 2-dən bağlanıb. Bu müddət ərzində təhsil distant qaydada keçirilib.

2021-ci il fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris fasilələrlə də olsa, qismən bərpa edilib.