Elçin Sadıqovun müdafiəsinə ona yaxın vəkil qoşulub

Elçin Sadıqovun müdafiəsinə ona yaxın vəkil qoşulub

12-09-2022 23:33 / Bu xəbər 965 dəfə oxundu

Elçin Sadıqovun işi üzrə Apellyasiya Məhkəməsinə müraciət edilib. 

Bu barədə "Toplum TV”yə E. Sadıqovun vəkili Bəxtiyar Hacıyev məlumat verib. 

"Yəqin ki, məhkəmə iclası sabah keçiriləcək. Gecə saatlarında məlum olacaq", - B. Hacıyev bildirib.

Hacıyevin sözlərinə görə, E. Sadıqovun müdafiəsinə ona yaxın vəkil qoşulub.  

Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.  

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32.5, 311.3.3 (külli miqdarda rüşvət almada vasitəçilik) maddəsilə ittiham olunur.  

İttihamı məhkəmə təsdiqlərsə, onları 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Elçin Sadıqov ittihamın qondarma olduğunu, siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsinə görə cəzalandırıldığını bildirib.