Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa edildi
01-09-2023 19:53 / Bu xəbər 801 dəfə oxundu
Vəkil Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa edilib.
Bu barədə "Arqument.az"a vəkil Elçin Sadıqov özü məlumat verib.
O bildirib ki, bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar qəbul edib.
Qərara əsasən E.Sadıqovun Vəkillər kollegiyasından xaric edilməsi üçün məhkəməyə edilməsi ilə bağlı qərar ləğv olunub.
Sadıqov bundan sonra vəkillik fəaliyyətinə davam edəcək.
Vəkil deyib ki, işə obyektiv rəy verilməsi üçün yenidən intizam icraatına göndərilib.
Elçin Sadıqov əsasən siyasi məqsədlərlə həbs dilən şəxslərin hüquqlarını müdafiə edən vəkil kimi tanınır.