Eldar Əzizov Bakı meriyasına gətirildi

Eldar Əzizov Bakı meriyasına gətirildi

16-07-2018 21:20 / Bu xəbər 2301 dəfə oxundu

Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

Bu barədə APA xəbər yayıb.

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

Bakı Şəhər İH-dən APA-ya verilən məlumata görə, E. Əzizov bu gün vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, E. Əzizov buna qədər Bakının Səbel rayonunun İH başçısı vəzifəsində çalışıb.

Hazırda Bakı şəhər İH başçısı təyinatı yoxdur.