Eldar Əzizov da məhkəməyə verildi

Eldar Əzizov da məhkəməyə verildi

24-05-2022 10:08 / Bu xəbər 1200 dəfə oxundu

"Kür-Araz" MTK Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MTK Bakı İnzibati Məhkəməsinə müraciət edib.

 Belə ki, "Kür-Araz" şirkəti torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Səlma Salahovanın sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.