Eldar Mahmudov Gülər Əhmədovanı uşaqları ilə şantaj edib

Eldar Mahmudov Gülər Əhmədovanı uşaqları ilə şantaj edib

05-10-2019 17:01 / Bu xəbər 2339 dəfə oxundu

Keçmiş millət vəkili Gülər Əhmədova "mandat alveri” qalmaqlından və həbs edilməsinin səbəbləri barədə maraqlı açıqlamalar verib.

Gülər Əhmədova BBC-yə misahibəsində bildirib ki, o, iki siyasi qüvvə arasında gedən oyunun qurbanı olub. 
 
"Hamı çox gözəl bilir ki, iki siyasi qüvvənin bir-birinə qarşı oynadığı bir oyun var idi. Məni orada alət eləmək istədilər.  O da düzgün hesablanmamışdı. Adətən hesab edirlər ki, qadınlar zəifdirlər, onlara qarşı təzyiq vasitəsilə nəyisə onlardan almaq olar. Mən övladlarımla şantaj olunurdum”, - deyə keçmiş millət vəkili əlavə edib.

O, əvvəlcə konkret hansı siyasi qüvvə, yaxud şəxs tərəfindən şantaj olunduğunu açıqlamayıb. 

"Konkret siyasi qüvvə var idi, artıq indi yoxdur. Bəlkə də, o adamın adını çox rahat çəkmək olar. Amma indi o adam vəzifədə deyil deyə onun adını çəkəndə deyərlər ki, yıxılandan sonra çəkir”, - deyə Gülər Əhmədova bildirib.

Lakin jurnalistin bu barədə təkrar sualından sonra Gülər Əhmədova ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini nəzərdə tutduğunu deyib.

Xatırladaq ki, "mandat alveri” qalmaqalı zamanı bu məsələnin kökündə keçmiş milli təhülkəsizlik naziri Eldar Mahmudovun hakimiyyətdəki rəqiblərini sıradan çıxarmaq planının dayandığı barədə ehtimallar səsləndirilirdi. Nəhayət, 6 ildən sonra Gülər Əhmədova bu ehtimalları təsdiqləyib. 

Onun sözlərinə görə, Eldar Mahmudov öz niyyətini həyata keçirmək üçün hətta keçmiş millət vəkilini övladları ilə şantaj edirmiş.