Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı

Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı

03-07-2024 19:18 / Bu xəbər 850 dəfə oxundu

Məhkəmə istintaq müddətinin 3 ay uzadılmasına qərar verib

İstintaq orqanı "Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmədə dövlət ittihamçısı cinayət işi üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş eyni qətimkan tədbirinin uzadılmasını istəyib.

Ələsgər Məmmədlinin vəkili Aqil Layıc təqdimata etiraz edib, o, müvəkkilinin sərbəst buraxılmasını xahiş edib.

Xətai Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, Ə.Məmmədlinin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

***

6-8 mart tarixlərində "Toplum TV"-nin və onun tərəfdaşı olan Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. 

Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. 

Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib.

"Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. 

Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.

Hüquq müdafiəçiləri bu işin fiqurantlarını siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar isə onları azad etməyə çağırıblar.