Əli Əhmədov: "Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”

Əli Əhmədov:

04-07-2019 13:28 / Bu xəbər 838 dəfə oxundu

"Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”.

APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov deyib. 

Onun fikrincə, ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: "Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”.

Ə. Əhmədov bildirib ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.