Əli Həsənov vəzifəsindən azad edildi

Əli Həsənov vəzifəsindən azad edildi

29-11-2019 17:46 / Bu xəbər 1461 dəfə oxundu

Prezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.