Əli Kərimli harada saxlanılır?

Əli Kərimli harada saxlanılır?

19-10-2019 19:24 / Bu xəbər 2258 dəfə oxundu

AXCP sədri Əli Kərimli bugünkü mitinqdə polis əməkdaşları tərəfindən zorla maşına mindirilərək aparılıb. 

Məlumatı AXCP-nin mətbuat xidməti yayıb.
 
Əli Kərimlinin harada saxladıldığı bilinmir. 

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinq üçün müraciətinə Lökbatan qəsəbəsini göstərib. 

Ancaq DQMŞ aksiyanın oktyabrın 19-da saat 15-ə "28 May” metrostansiyasının qarşısında keçirəcəklərini bəyan edib.

Bu gün səhərdən 28 May metrostansiyanın fəaliyyəti dayandırılıb, ərazi polis mühasirəsindədir və internet kəsilib.