Əli Kərimli: "Təcili şəkildə insanlara birbaşa pul yardımı edilməlidir"

Əli Kərimli:

28-03-2020 14:12 / Bu xəbər 1129 dəfə oxundu

"Hökumət evdə qalmağa məcbur olmuş, ancaq heç bir qazancı olmayan milyonlarla insanın aclıq çəkməsinə imkan verməməlidir". 

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli feysbuk hesabında yazıb.

O bildirib ki, təcili şəkildə insanlara birbaşa pul yardımı edilməlidir: "Dünən ABŞ-da qüvvəyə minmiş əhaliyə yardım paketinə görə, ABŞ hökuməti hər bir uşağa 500 dollar, böyüklərə 1200 dollar omaqla birbaşa yardım verməyə başlayır. Bundan əlavə işsizlərin hər birinə ayda 2500 dollar müavinət ödəniləcək. Kiçik biznesə birbaşa yardım üçün də 350 milyard dollar ayrılıb". 

"Bir-bir sadalamayım, əksər dövlətlərin öz vətəndaşlarına buna bənzər yardım paketləri var. Azərbaycan hakimiyyəti də vaxt itirmədən bu ağır günlərdə vətəndaşlarına birbaşa pul yardımını həyata keçirməlidir", - deyə Əli Kərimli qeyd edib. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla mübarizə çərivəsində 29 mart 00:00-dan etibarən ölkədə xüsusi karantin rejiminin gücləndirilməsi haqqında qərar verib.