Elçibəyin məzarı ziyarət edildi

Elçibəyin məzarı ziyarət edildi

24-06-2017 17:39 / Bu xəbər 1237 dəfə oxundu

Bu gün mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.

Bu münasibətlə Müsavat Partiyasının rəhbərliyi də daxil olmaqla, bir qrup Elçibəysevər Fəxri Xiyabanda mərhum prezidentin qəbrini ziyarət ediblər. 

Bu haqda "Basta”ya Müsavat Partiyasının Səbail rayon təşkilatının sədri Zakir İsmayıl məlumat verib.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, istiqlalçı millət vəkili İsgəndər Həmidov, Elçibəy ailəsinin nümayəndəsi Aqil Səmədbəyli çıxış ediblər. 

Çıxışlarda Elçibəyin xatirəsi yad edilib. 

Tədbir iştirakçıları mərhum prezidentin məzarı üzərinə gül dəstələri qoyub, onun ruhuna dua oxuyublar.