"Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər"

10-09-2020 12:21 / Bu xəbər 2350 dəfə oxundu

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı "Təzadlar" qəzetinə açıqlama verdiyi bildirilir.

Bu barədə qəzet məlumat yayıb.
 
Məlumatda qeyd olunur ki, AMEA rəhbəri ona qarşı aparılan kampaniyaya münasibət bildirib.

"Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün", - deyə o bildirib.