Elçin Həsənzadə: “Məni Mingəçevirdə sıxışdırırlar”

Elçin Həsənzadə: “Məni Mingəçevirdə sıxışdırırlar”

22-05-2020 00:22 / Bu xəbər 1636 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı və jurnalist Elçin Həsənzadə hüquq -müdafiə təşkilatlarına və mediaya müraciət edərək Mingəçevir şəhərində sıxışdırıldığını bildirib. 

"Artıq iki gündür ki, Mingəçevir şəhəri 4 saylı MİS-in rəisi kirayədə qaldığım mənzilin sahibinin gəlir və tələb edir ki,  məni – "radikal müxalifətçi”ni mənzildən çıxarsın.

Məmur mənzil sahibini hədələyir ki, "radikal müxalifətçini evində saxlamaqla dövlətçiliyə qarşı çıxır”. 

Eyni şəkildə yoldaşımın valideynlərinə təzyiq göstərilir. 5 saylı MİS-in rəisi isə mənim getdiyim çayxananın sahibinə təzyiq göstərir ki, məni oraya buraxmasın", - E.Həsənzadə qeyd edib.

Həsənzadənin fikrincə, ona təzyiq Mingəçevir İcra Hakimiyyətinin rəhbərliyindən irəli gəlir.

"Məni, sadəcə, Mingəçevirdə sıxışdırırlar”, - o qeyd edib. 

Jurnalist və fəalın sözlərinə görə, üç il bundan əvvəl analoji hədələrlə onu əvvəlcə Sumqayıt şəhərindən, sonra isə Binə qəsəbəsindən didərgin salıblar.

"Ölkədə normal hüquq- mühafizə orqanlari da yoxdur ki ora müraciət edim. Haqqımı qorusunlar. Mənim vətəndaş kimi öz vətənimdə yaşamaq hüququm yoxdur?”, - jurnalist sual edir.

Hələlik Mingəçevirin hakimiyyət orqanlarından şərh almaq mümkün olmayıb.

Turan