Elçin Sadıqovla bağlı intizam icraatına xitam verilib

Elçin Sadıqovla bağlı intizam icraatına xitam verilib

15-01-2020 21:37 / Bu xəbər 887 dəfə oxundu

Kollegiya vəkilin fərdi fəaliyyətinin davam etdirilməsi barədə müraciətini təmin edib

Vəkillər Kollegiyasının Rəyasət Heyəti yanvarın 15-də Baş Prokurorun birinci müavini Rüstəm Usubovun vəkil Elçin Sadıqovla bağlı müraciəti əsasında başladığı intizam icraatına xitam verib.

Məlumatı vəkil Elçin Sadıqov "Facebook” səhifəsində paylaşıb.

Vəkil yazıb ki, kollegiya onun fərdi fəaliyyətinin davam etdirilməsi barədə müraciətini təmin edib:

"Əlavə olaraq bildirildi ki, "Vəkilliyin 100 illiyi” medalına layiq görülmüşəm. Hər üç qərara görə başda Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov olmaqla Rəyasət Heyətinin bütün üzvlərinə öz dərin təşəkkürümü bildirirəm”.

Baş Prokurorun birinci müavini Rustam Usubov noyabrın 14-də vəkil Elçin Sadıqovun "Facebook” səhifəsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin maşınla qəsdən vurulduğu haqqında statusuna görə ondan VK-na şikayət etmişdi.///meydan.tv