Əliyev və Ərdoğan Zəngilanda hava limanının açılışında iştirak edib

Əliyev və Ərdoğan Zəngilanda hava limanının açılışında iştirak edib

20-10-2022 15:00 / Bu xəbər 985 dəfə oxundu

Oktyabrın 20-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.

İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan qırmızı lenti kəsiblər və onlara hava limanının rəmzi açarları təqdim edilib.

Dövlət başçıları həmçinin Zəngilanda aqrar parkın açılış mərasimində iştirak edəcəklər.

Bundan başqa, prezidentlər Cəbrayılda Qumlax dəmir yolu stansiyasının, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təsərrüfatı Təlim Mərkəzinin", "Ağıllı" meşə kompleksinin təməlatma mərasimlərində iştirak edəcəklər.

İki ölkə rəhbəri arasında rəsmi danışıqlardan sonra birgə mətbuat konfransı keçiriləcək.