Əliyevin köməkçisi demokratiya ilə bağlı tənqidləri koordinasiyalı propaqanda sayır
23-10-2024 17:11 / Bu xəbər 537 dəfə oxundu
Hikmət Hacıyev: "Demokratiya ilə bağlı beynəlxalq tənqidlər koordinasiya olunmuş qarayaxma kampaniyası və çirkin propaqandadır"
"Neft ölkələrinə yararsız ev sahibləri damğası vurmaq riyakar oyunudur”.
Bunu Azərbaycan prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev Britaniyadan çıxan "The Financial Times” qəzetinin oktyabrın 14-də dərc etdiyi "COP29 və Azərbaycanın yaşıl kamuflyajı” adlı redaksiya məqaləsinə cavabında yazır.
Prezidentin müşaviri Azərbaycanın ev sahibliyinə sülh danışıqlarının tərkib hissəsi olaraq Ermənistanın vetonu qaldırmasından sonra nail olduğunu yazır.
O, sülh danışıqlarında əhəmiyyətli proqresə çatıldığını vurğulayır: "COP başlayanadək sülh sazişinin imzalanmasından asılı olmayaraq, COP yenə də necə yaranmasından dolayı sülh COP-u olacaq”.
Hikmət Hacıyev demokratiya ilə bağlı beynəlxalq tənqidləri "koordinasiya olunmuş qarayaxma kampaniyası və çirkin propaqanda” adlandırıb.
"Gerçəkdən iyrəncdir – bunu Azərbaycana qarşı düşməncəsinə hərəkətlər sayırıq. COP gündəmini iqlim dəyişikliyinə birbaşa bağlılığı olmayan məsələlərlə yükləmək fayda vermir, ziyanlıdır”, - deyə Hikmət Hacıyev "Politico"ya bildirib.