Elman Fəttah: "İlham Əliyev Heydər Əliyevləşmək metodu seçib"

Elman Fəttah:

24-12-2020 23:29 / Bu xəbər 788 dəfə oxundu

"İlham Əliyevin son zamanlar ardıcıl tətbiq etdiyi siyasi davranışları, xalqın dilində danışmaq, xalqa yaxın olmaq jestləri (təbliğat üçün) onun Heydər Əliyevləşmək metodu seçdiyini göstərir". 

Bunu Arqument.az-a Müsavat Partiyasının üzvü, siyasi şərhçi Elman Fəttah Prezident İlham Əliyevin son aylarda sərgilədiyi davranışları şərh edərkən deyib.

O bildirib ki, hətta kadrları gəncləşdirmək addımları da Heydər Əliyevin 1995-ci ildən sonra zəif tətbiq etdiyi metodun intensiv təkrarıdır: "Qısa desək, bu gün 59 yaşını tamamlayan dövlət başçısı atasının vaxtında xalq arasında geniş yayımış "baba" titulunu öz timsalında yenidən bərpa etməyə girişib". 

"İndiyə olan arqumentlərlə yaxın gələcəkdə siyasi müstəvinin Heydər Əliyevin 95-2000-lərdə formalaşdırdığı konfiqurasiyaya yönələcəyini güman etmək olar: prinsipial və proqressiv müxalif siyasi qüvvələrə qarşı (indi onlar lap azdılar) sərt avtoritar yanaşma, siyasətdə "saç ağartmış" iddiasızlara və  "gənc" konstruktiv kəsimə qarşı isə məşvərətçi avtoritar qayğı siyasəti.  Arqumental tərəfləri artdıqca, bu istiqamətdə daha ətraflı yazmaq mümkün olacaq", - Elman Fəttah deyib.