Elman Fəttah sərhəddə saxlanılıb, yoxlamaya məruz qalıb

Elman Fəttah sərhəddə saxlanılıb, yoxlamaya məruz qalıb

13-06-2019 14:00 / Bu xəbər 1312 dəfə oxundu

Müsavat Divanının üzvü Elman Fəttah Balakən rayonu ərazisindəki "Mazımçay" sərhəd-keçid məntəqəsində yoxlamaya məruz qalıb.

Bu barədə Elman Fəttah arqument.az-a məlumat verib.

O bildirib ki, yoxlamaya məruz qalması 3 ildir: "3 ildən artıqdır sərhədi keçərkən xüsusi yoxlamaya məruz qalıram. Sonuncu dəfə, bu ayın 12-si gecə ölkəyə daxil olarkən lap ağını çıxardılar. "Xüsusi yoxlama" rejiminə, bir müddət "xüsusi saxlama" rejimi də əlavə ediblər. Sərhəd xidmətinə bununla bağlı sorğu göndərdim. Cavab versinlər görək bu hədsizliklərinin qanuni əsası nədir".

Elman Fəttah deyib ki, yolxama zamanı ona məxsus avtomobil kobud şəkildə təftiş olunub, oturacaqlardakı örtüklər də sökülüb. 

Dövlət Sərhəd Xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.