Elman Rüstəmov: "Mərkəzi Bankın binasını öz hesabımıza tikəcəyik"
29-01-2021 16:03 / Bu xəbər 1008 dəfə oxundu
"Büdcəyə 250 milyon manat köçürməyi düşünürük"
"Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik”.
Bu açıqlamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 29-da online mətbuat konfransında səsləndirib.
Elman Rüstəmov inşa olunacaq yeni bina ətrafında gedən müzakirələrdən xəbəri olduğunu bildirib: "Son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu işə 250 milyon manat köçürməyi düşünürük”.
Yanvarın 13-də Azərbaycan Mərkəzi Bankına yeni bina tikilməsi haqqında "Reuters” məlumat yaymışdı. Bildirilir ki, binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalanıb.
Məlumata əsasən, layihənin dəyəri 218 milyon avrodur.












