Elman Rüstəmovdan devalvasiya açıqlaması
24-12-2020 12:48 / Bu xəbər 704 dəfə oxundu
"Son günlər Azərbaycan manatının devalvasiyaya uğraması ilə bağlı şaiyələr yayılır. Amma bunun üçün heç bir əsas yoxdur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
"Mən vətəndaşlarımızı bu cür şaiyələrə inanmamağa çağırıram”, - deyə o qeyd edib.












