Elman Rüstəmovun "xaloğlu şirkətləri"

Elman Rüstəmovun

14-04-2022 14:40 / Bu xəbər 2645 dəfə oxundu

Cavanşir Həsənli
Araşdırmaçı jurnalist

Paytaxtın Nəsimi rayonunda maraqlı arxitekturası olan bir bina tikilib. 

Bina 'RUS-ALKO" MMC tərəfindən inşa olunub. 

"RUS-ALKO"nun təsisçisi Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun bu günlərdə həbs edilmiş xalaoğlusu Quliyev Talıb Əfsər oğludur. Yəni sabiq baş bankirin "xaloğlu şirkəti"dir. 

Şirkət Bəkir Çobanzadə ev 5, mənzil 5 ünvanında hüquqi qeydiyyatdan keçib.  

Həmin ünvanda keçmiş baş bankirin daha bir  "xaloğlu şirkəti" - "TƏMİR TİKİNTİ İSTEHSAL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2004-cü ildə təsis edilib. 

"Azərsu" dövlət şirkəti dövlət büdcəsindən maliyyələşən bir çox çoxmilyonlq tenderlərdə Elman Rüstəmovun xalaoğlusunu "qalib" elan edib. 

Məsələn, "TƏMİR TİKİNTİ İSTEHSAL" MMC ötən il "Azərsu"dan Biləsuvarın su-kanalizasiya sistemini yeniləmək 7 milyon manatlıq sifariş əldə edib. 

2018-ci ildə Asiya İnkişaf Bankının 112 368 817 dollarlıq krediti hesabına (bu kredit Azərbaycan dövlətinin və xalqının belinə yüklənib) Ağcabədi şəhəri Suqəbuledici Qurğuların Tikintisi və Su Təchizatı və Kanalizasiya Şəbəkələrinin Bərpası layihəsinin ictasının 40 faizi (45 milyon manat) "xaloğlu şirkət"ə həvalə olunub. 

"Azərsu" Salyan, Şəmkir, Qax, Biləsuvar, Zaqatala, Balakən və Sabirabad şəhərlərində kanalizasiya sistemlərinin tikintisinə sabiq baş bankirin "xaloğlu şirkəti"ni cəlb edib. 

Talıb Quliyevin rəhbərlik etdiyi daha bir şirkət - "Karvan-K” istehsalat kommersiya şirkəti də 'Azərsu"nun tenderlərində ənənəvi qaliblərdən olub. 

Təəssüf ki, bu faktlar dəryada damla qədər bildiklərimizdir.