Əməkdar artistin Covid-19 testi pozitiv çıxdı

Əməkdar artistin Covid-19 testi pozitiv çıxdı

29-05-2020 13:18 / Bu xəbər 1625 dəfə oxundu

Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb.

Bu barədə Qaynarinfo-ya rejissorun özü məlumat verib.
 
Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub: "Yaxşılağa doğru getdiyimi hiss edirəm. Temperaturum çox olmur. Hardasa səhv buraxmışam demək… Səhlənkarlıq etmişəm. Həkimlərimin dediyinə görə, inşallah 14 günə sağalacağam”.