Emin Əmrullayev Təhsil naziri təyin edildi

Emin Əmrullayev Təhsil naziri təyin edildi

27-07-2020 13:17 / Bu xəbər 2605 dəfə oxundu

Emin Əmrullayev Təhsil naziri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

E.Əmrullayev Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb. 

Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.

2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.