Çempionlar Liqasının qalibi bilindi

Çempionlar Liqasının qalibi bilindi

29-05-2022 02:48 / Bu xəbər 1736 dəfə oxundu

"Real” növbəti dəfə "Liverpul”u finalda məğlub etdi

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qalibi məlum olub.

Fransada keçirilən final oyununda İspaniyanın "Real” komandası ilə İngiltərənin "Liverpul” klubu üz-üzə gəlib.

Bu komandalar 2018-ci ildə də Çempionlar Liqasının final matçında qarşılaşmışdı. 

"Real” həmin oyunda 3:1 hesablı qələbə qazanaraq, Çempionlar Liqasının qalibi olmuşdu.


Mənbə: UEFA-nın rəsmi saytı

Budəfəki final matçı "Liverpul” üçün bir növ revanş görüşü sayıla bilərdi. Amma ” Real” bu dəfə də qələbə qazanraq, 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. 

Madrid klubundan Vinisius Juniorun 59-cu dəqiqədə vurduğu yeganə qol oyunun taleyini həll edib.

Bununla da, UEFA Çempionlar Liqasında son mövsümün qalibi adını "Real” qazanıb.