Ərdoğan Putini təbrik etdi

Ərdoğan Putini təbrik etdi

19-03-2024 11:14 / Bu xəbər 1024 dəfə oxundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. 

Məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib, ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb.

Tərəflər çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə bundan sonra da sıx əməkdaşlıq üçün qarşılıqlı istək ifadə ediblər.

Liderlər beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən Qara dəniz regionu ilə bağlı məsələləri müzakirə ediblər.

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Rusiyada 15-17 mart tarixlərində keçirilən Prezident seçkilərində hazırkı Prezident Vladimir Putinin 86,5 faiz səslə qalib gəldiyi bildirilir.

Rusiya MSK-nin məlumatına görə, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov 5,09, Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov 4,21, Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski isə 3,04 faiz səs toplayıb.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir.