Ərdoğan Putinlə danışıqlar üçün Soçiyə gedir

Ərdoğan Putinlə danışıqlar üçün Soçiyə gedir

26-07-2022 23:26 / Bu xəbər 840 dəfə oxundu

Kreml Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə danışıqlar aparmaq planlarını təsdiqləyib.

Bu barədə iyulun 26-da Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. 

TASS  xəbər verir ki, görüş avqustun 5-də Soçi şəhərində keçiriləcək. 

Səfərin məqsədi və digər təfərrüatları açıqlanmayıb. Amma bildirilir ki, Türkiyə lideri Rusiyada cəmi bir gün qalacaq.