Ərdoğan Putinlə telefonla danışıb

03-09-2022 14:13 / Bu xəbər 856 dəfə oxundu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kremlin yaydığı məlumatda belə deyilir.
Rusiya ilə Türkiyə arasında münasibətlərə toxunan prezidentlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu müzakirə ediblər.
Bundan başqa, ölkə başçıları ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə də toxunublar.
Onlar həmçinin enerji sektorunda birgə strateji layihələrin təşviqi məsələlərini müzakirə ediblər.
Avqustun 29-da Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub.
Nazir müavini Nikolay Toçitski Türkiyə səfirinə Ukrayna tərəfinin Rusiya Müdafiə Nazirliyinin icarəyə götürdüyü Sparta II gəmisi ilə Suriyadan Bosfor boğazı vasitəsilə Rusiyaya S-300PMU-2 raket komplekslərinin daşınmasına dair məlumatla bağlı narahatlığını ifadə edib.
Məsələ ilə bağlı Türkiyə səfirinə Ukrayna Xarici İşlər Nazirliyinin şifahi notası təqdim edilib.