Ərdoğan Qərbin Ukraynaya verdiyi silahları “dəmir-dümür” adlandırdı

Ərdoğan Qərbin Ukraynaya verdiyi silahları “dəmir-dümür” adlandırdı

08-09-2022 12:59 / Bu xəbər 876 dəfə oxundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda keçirdikləri birgə mətbuat konfransında Qərbin Rusiyaya qarşı siyasətini pisləyiblər. 

Türkiyənin "Anadolu” agentliyinin məlumatına görə, Ərdoğan Qərbin hərəkətlərini "təxribat”, Ukraynaya göndərilən silahları isə "dəmir-dümür” adlandırıb: "Mən Qərbin mövqeyinin yanlış olduğunu açıq şəkildə bəyan edirəm. Çünki Qərbin tərəfləri təxribata çəkməyə əsaslanan hərəkətləri var. Hərbi dəstək elan edirlər. Halbuki, əslində, Qərbdə nə qədər köhnəlmiş silah və dəmi-dümür varsa, Ukraynaya göndərilir”, - deyə Ərdoğan bildirib. - Hazırda tərəflərdən birinin qalib gəldiyini deyə bilərsinizmi? Yox! Bu müharibənin qalibi yoxdur, amma itirənləri çoxdur. Çoxlu sayda insan ölür, maliyyə tərəfindən danışmaqsa yersizdir”.

Ərdoğan Avropadakı enerji böhranını da xatırladıb: "Rusiya qaz tədarükünü kəsib və Avropada qiymətlər hədsiz qalxıb. İndi [Avropa ölkələrində] hər yerdə qış fəslindən çıxmağın yollarını axtarırlar. Niyə əvvəllər bu barədə düşünmədin? Axı Rusiyanın əlində mühüm resurs var”.

Aleksandar Vuçiç isə öz növbəsində qeyd edib ki, qarşıdakı aylar Aİ ölkələri üçün çox çətin olacaq.

"Bu qış hamımız üçün çox soyuq olacaq, gələn qış isə bütün Avropa üçün qütb olacaq. Heç kim həll yolları axtarmaq istəmir, hamı güzəştə yox deyir, düşmənin məğlubiyyətini gözləyir. Əgər siz həqiqətən də Rusiyanı hərbi yolla asanlıqla məğlub edə biləcəyinizi düşünürsünüzsə, onda biz yalnız həm soyuq, həm də qütb qışına yaxşı hazırlaşa bilərik”, - deyə Serbiya Prezidenti bildirib.