Ərdoğan Şuşaya səfər edəcək

Ərdoğan Şuşaya səfər edəcək

31-03-2021 17:57 / Bu xəbər 1129 dəfə oxundu

O, səfərin Ramazan bayramından sonra baş tutacağını deyib

Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan Ramazan bayramından sonra Şuşa şəhərinə gedəcəyini bildirib.

Bu barədə Türkiyə dövlət başçısı Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

"İstəyirik ki, ən qısa zamanda - Ramazan bayramından sonra Şuşanı ziyarət edib yeni bir bayram yaşayaq", - Ərdoğan belə deyib.

Dövlət başçısı işğaldan azad olunan Dağlıq Qarabağ bölgəsində 67 məsciddən 63-nün dağıdıldığını bildirib: "Kilsələr də tar-mar edilib".

O, 1918-c il haidələrinə toxunaraq deyib ki, bu gün azərbaycanlıların qətliama məruz qaldığı gündür: "Biz heç zaman Xocalı qətliamını kənara qoymayacağıq. Qarabağda türk mirasının qorunması üçün Azərbaycanın yanında olmağımız önəmlidir".

1992-ci ildə işğal edilən Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında azad olunub.