Ərdoğan Xocalıdan yazdı: “İllər keçsə də, acısını unutmayacağımız..."

Ərdoğan Xocalıdan yazdı: “İllər keçsə də, acısını unutmayacağımız...

26-02-2021 18:30 / Bu xəbər 1909 dəfə oxundu

"29 il öncə Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm”.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.

"İllər keçsə də acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən amansızcasına qətlə yetirilən 613 azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Bir millət, iki dövlətik..." 

Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”, - Türkiyə prezidenti qeyd edib.